İdman

Azərbaycan gimnastı: "Çox təəssüf edirəm ki, finala çıxa bilmədim" - FOTO

16 Mart 2017 20:07
Baxış: 273

"Çox təəssüf edirəm ki, finala çıxa bilmədim".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında iştirak edən Azərbaycan gimnastı Bense Talas deyib.

B.Talas bildirib: "Hər şey yaxşı gedirdi, lakin sonda axmaq bir səhv etdim, nəticədə büdrədim və yıxıldım. Finala çıxa bilmədiyim üçün çox təəssüf edirəm. Düşünürəm ki, növbəti kvalifikasiyada yaxşı çıxış edə biləcəm".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.