İdman

Dünya çempionu: "Azərbaycanda gimnastika daha da inkişaf edəcək" - FOTO

16 Mart 2017 17:05
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda gimnastikaya olan belə yanaşma və münasibətlə burda bu idman növü daha da inkişaf edəcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə əfsanəvi gimnast, üçqat Olimpiya çempionu, çoxqat dünya və Avropa çempionu Svetlana Biginskaya deyib.

Gimnast ilk dəfədir Azərbaycana gəldiyini qeyd edib: "İlk təəssüratlarım elə Bakı aeroportundan başlayıb. Şəhərin gözəl, təmiz və müasir olması məni heyran etdi. Arenanı çox bəyəndim. Bura genişdir, hər cür şərait yaradılıb. Burda məşq etmək, çıxış etmək çox xoşdur".

O, yarışlara hələ normal baxmaq imkanı olmadığı üçün təəssüf etdiyini bildirib.

Gimnast deyib: "Zalın işıqlandırılması ilə bağlı maraqlı yenilik ediblər. Ona görə ifalar zamanı maraqlı şou alınır".

O, Azərbaycanın gimnastikadakı nəticələrini izlədiyini deyib: "Düşünürəm ki, Azərbaycanda bu işə belə münasibətlə, belə gözəl zalla, arena ilə ölkədə gimnastika inkişaf etdikcə edəcək. Sadəcə bir az vaxt lazımdır".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.