İdman

"Onunla təkbətək danışmaq istəyirdim"

17 Mart 2017 07:41
0 Şərh     Baxış: 608

"Sevilla" Çempionlar Liqasının 1/8 final mərhələsində iki görüşün nəticəsinə görə "Leicester City"yə uduzaraq mübarizəni dayandırıb. Əndəlus klubu matçın ikinci hissəsində Ceymi Vardi ilə konfliktə görə qırmızı vərəqə alan Samir Nasrinin yoxluğunu hiss etmişdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi bu epizod barədə bunları deyib:

"Vardi heç nə demədi, aktyorluq etdi. Bir-birinin üzünə baxırdıq, qəflətən yıxıldı. Ona toxunmadım, başla təmasım olmadı. Vardi yalançıdır. Əcnəbi futbolçu olsaydı, ingilis mediası onu fırldaqçı adlandırardı. Onunla təkbətək danışmaq istəyirdim. Amma ətrafda çoxlu kamera və təhlükəsizlik işçisi vardı. Növbəti mövsüm barədə düşünüb uzunmüddətli diskvalifikasiyadan qaçmalıyam. Bir çempionatda oynamırıq. Buna görə Vardi ilə görüşmək çətin olacaq. Bu məsələ artıq əhəmiyyətli deyil".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.