İdman

UEFA-dan Dəniz Aytəkin qərarı

13 Mart 2017 14:00
0 Şərh     Baxış: 1 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" - PSJ oyununun Almaniya Futbol İttifaqından olan baş hakimi Dəniz Aytəkini cəzalandırmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda UEFA-dakı mənbə bildirib. Qeyd olunub ki, Aytəkin bundan sonra da avrokubokların oyunlarını idarə edəcək.

Bundan əvvəl UEFA-nın Aytəkinin idarəçiliyindən narazı, AFİ-nin isə əksinə razı olduğu iddia edilirdi.

"Hər oyundan sonra UEFA-da hakimliyin fəaliyyəti təhlil edir. Bundan sonra isə onların matçlara təyinat alıb-almayacağı məsələsinə baxılır. Həmçinin hakimin cəzalandırılması ilə bağlı da müzakirə aparılır. Konkret Dəniz Aytəkinə gəlincə, bizim üçün "Barselona" - PSJ oyunundakı idarəçilik final fiti ilə də yekunlaşıb, başqa heç nədən söhbət gedə bilməz", - UEFA-dakı mənbə əlavə edib.

Qeyd edək ki, PSJ Dəniz Aytəkinin idarəçiliyindən narazılığını bildirib. Hətta matçın yenidən keçirilməsi ilə əlaqədar petisiya da yaradılıb və artıq 95 min imza toplanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.