İdman

"Barselona" - PSG matçının yenidən keçirilməsi üçün imza toplanır

12 Mart 2017 19:03
33 Şərh     Baxış: 5 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" və PSG arasında Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan cavab qarşılaşmasının yenidən keçirilməsi üçün petisiya yaradılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, cavab qarşılaşmasının "Camp Nou"da yenidən keçirilməsinə 95 min nəfər imza atıb. Bunu imzalayanların sayı 150 mini keçməlidir. Petisiyanın müəllifi Luis Melendo Olmedo hesab edir ki, oyunun baş hakimi Deniz Aytekin mübahisəli qərarları ilə katalonların lazımi nəticə qazanmasında mühüm rol oynayıb. Əsas səhvlər kimi Xavyer Maskeranonun Di Mariaya qarşı cərimə meydançasının daxilində kobudluğu və Luis Suarezin nümayişkəranə tərzdə yıxılmasına penalti təyin olunması qeyd olunur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.