İdman

"Barselona"nın 6-cı qolundan sonra ZƏLZƏLƏ - azarkeşlər yeri silkələdilər

11 Mart 2017 11:04
1 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında 1/8 finalında keçirilən "Barselona" - PSJ cavab görüşü zamanı Kataloniyada seysmik aktivlik qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna "Barsa"nın azarkeşləri səbəb olub. "Nou Kamp" stadionu yaxınlığındakı Jaume Almera adına Geologiya İnstitutunda seysmoqraflar Kataloniya klubunun 6-cı qolundan sonra yer səthinin silkələndiyini bildiriblər. Serxi Robertonun qolundan sonra Rixter şkalası üzrə 1 maqnitudalı zəlzələ baş verib. Adi həyatda insanlar belə zəlzələni nadir hallarda hiss edirlər. Lakin bu, seysmoqraflar tərəfindən daim qeydə alınır.

Xatırladaq ki, ilk matçda PSJ-yə 0:4 hesabı ilə uduzan "Barselona" cavab qarşılaşmasında 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.