İdman

"Bu oyun futbol tarixinə həkk olundu"

10 Mart 2017 08:22
0 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının tarixinə düşən "Barselona" - PSG oyunu barədə fikir bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəsis bundan ibrət götürməli olduqlarına işarə vurub.

"Gözəl futbol gecəsi idi. Bu oyun futbol tarixinə həkk olundu. Düşünmürəm ki, indiyə qədər belə geri dönüş edən komanda olub. Gərgin oyun keçdi. "Barselona" hər kəsin alışdığı stildə oynamadı, futbol buna görə gözəldir. Oyun bizi düşünməyə məcbur etməlidir. "Portu" üzərində 2:0 hesablı qələbə qazansaq da, heç nə həll olunmayıb. "Barselona" "Real" və "Bayern"lə birlikdə Çempionlar Liqasının favoritidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.