İdman

"Bütün məsuliyyəti üzərimə götürmüşdüm"

8 Mart 2017 21:09
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lui van Qaalın sabi köməkçisi Albert Steyvenberq "Mançester Yunayted"də işləməsindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Steybenberq ona məsuliyyətli işin həvalə edildiyini qeyd edib.

""Mançester Yunayted"də Luinin mənə tapşırdığı vəzifə unikal idi. O, mənə tam etibar edirdi. Əsas komandanı oyunlara mən hazırlayırdım, bütün məsuliyyəti üzərimə götürmüşdüm. Komanda ilə oyundan əvvəl, fərdi futbolçularla oyundan sonra söhbət edirdim. Van Qaal ən yüksək səviyyədə inkişafıma imkan yaratmışdı. O, futbolda çox şeyə nail olub. Bir kəsin məşqçilik bacarığının olub-olmamasını müəyyən edə bilir. Hollandiyanın gənclər yığmasına rəhbərlik edəndə Lui van Qaal tərəfindən "Mançester Yunayted"də işləmək təklifi aldım. Bu, böyük kompliment idi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.