İdman

Azərbaycan akrobatları Ukraynadan medallarla qayıdıblar

28 Fevral 2017 12:10
Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 23-26-da Ukraynanın Vinnitsa şəhərində keçirilən akrobatika üzrə beynəlxalq turnirdə təmsilçilərimiz uğurla çıxış ediblər.

Milli.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 13-19 yaş kateqoriyasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlüyümüz çoxnövçülükdə 82.160 xal qazanaraq qızıl medal əldə edib. Eyni yaş kateqoriyasında mübarizə aparan digər qarışıq cütlük Ağasif Rəhimov və Nurcan Cabbarlı isə (81.400 xal) bürünc medal qazanıb.

Beynəlxalq arenada debüt edən qadın qrupu (12-18 yaş) Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova da yarışları medalsız tərk etməyiblər. Onlar çoxnöxçülükdə hakimlərdən 79.960 xal alaraq bürünc medala sahibləniblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.