İdman

Türkiyədə derbi həftəsi

26 Fevral 2017 09:18
0 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Super Liqasında XXII turun oyunları keçirilir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyununda "Rizəspor" "Kayserispor"la qarşılaşıb.

Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Günün digər oyununda isə millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" "Kasımpaşa"nın qonağı olub. İki oyunluq cəza alan yığmamızın hücumçusu komandasının darmadağın edildiyi oyunu kənardan izləyib.
 
Liderlər qrupunda məskunlaşmış "Başakşəhər" bu gün Ankarada "Osmanlıspor"la üz-üzə gələcək.
 
"Fənərbağça" isə "Qaziantepspor" səfərinə yollanacaq.
 
Turun mərkəzi oyunu isə bazar ertəsi keçiriləcək. "Qalatasaray" lider "Beşiktaş"ı qəbul edəcək.
 
Türkiyə Super Liqası
XXII tur
 
24 fevral
"Rizəspor" - "Kayserispor" - 2:4

Qollar: Kveuke, 5, 90 (pen.) - Laval, 15, Vural, 43, Velliton, 76, 90+3
 
"Kasımpaşa" - "Bursaspor" - 4:0
Qollar: Titi, 44 (pen.), Koyta, 63, 68, Tunay Torun, 77
 
25 fevral
"Alanyaspor" - "Adanaspor" - 4:1

Qollar: Lav, 13, Omero, 37, Fernandez, 74, Akbaba, 90+4
 
"Akhisar" - "Antalyaspor" - 3:0
Qollar: Özər, 23, 55, Aykut Çeviker, 49

"Konyaspor" - "Trabzonspor" - 1:1
Qollar: Rangelov, 47 - Rodalleqa, 54
 
26 fevral
14:30 "Karabükspor" - "Gənclərbirliyi"
17:00 "Osmanlıspor" - "Başakşəhər" 
20:00 "Qaziantepspor" - "Fənərbağça"
 
27 fevral
21:00 "Qalatasaray" - "Beşiktaş"
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.