İdman

"İnter" klubunun dağılma təhlükəsi yoxdur"

22 Fevral 2017 13:10
0 Şərh     Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter" Peşəkar İdman Klubunun təhvil-təslim prosesi başa çatıb.

Milli.Az bildirir ki, bu barədə "Report"a AFFA tərəfindən paytaxt təmsilçisinə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev məlumat verib.

Eyni zamanda AFFA-nın hüquq və kadr şöbəsinin müdiri vəzifəsində çalışan R.Malıyev bildirib ki, tədricən bütün məsələlər həllini tapacaq. O, klubun dağılma təhlükəsinin olmadığını da söyləyib: "Təhvil-təslim prosesi başa çatıb, lakin məsələnin detalları barədə danışmaq istəmirəm. Çünki bu, klubun daxili işidir. Əsas odur ki, işlər qaydasına düşür. "İnter" istənilən halda yaşayacaq. Hər şey yaxşı olacaq, bunu əminliklə söyləyə bilərəm. Ancaq klubun fəaliyyətini hansı formada davam etdirəcəyini indidən söyləmək çətindir. Gəlin ehtimallar üzərində danışmayaq. Komandanın avrokuboka vəsiqə qazanması da bu məsələdə önəmli rol oynaya bilər. "İnter"in avrokuboka vəsiqə əldə edib, lakin yerini başqa bir kluba verməsinin mümkünlüyünə gəlincə, bu barədə də indidən konkret nəsə söyləyə bilmərəm".

R.Malıyev hazırda "KredAgro" Bank Olmayan Kredit Təşkilatında girovluqda olan "İnter Arena"nın gələcək aqibətinə də toxunub. Klub rəsmisi məsələnin müsbət həllini tapacağına inandığını ifadə edib.

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC "İnter" Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verdikdən sonra ötən ilin martında "İnter Arena"da açılan "Yuventus" Futbol Məktəbinin də taleyi sual altına düşüb.

Bu layihənin ABB-yə məxsus olduğunu qeyd edən R.Malıyev bidlirib ki, bu məktəbin fəaliyyətini davam etdirməsində "İnter" klubu da maraqlıdır: "Maraqlı layihədir. Biz də istərdik ki, "Yuventus" Futbol Məktəbi işini davam etdirsin. Ancaq indiki halda bu məsələ barədə dəqiq söz söyləmək çətindir".

Qeyd edək ki, yanvarın 27-də ABB İdarə Heyəti bank tərəfindən "İnter" Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. Bu səbəbdən, AFFA paytaxt təmsilçisinin idarəçiliyini fevralın 1-dən üzərinə götürüb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.