İdman

Braziliyalıların avtoqol sevgisi

20 Fevral 2017 23:27
0 Şərh     Baxış: 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının XIX turunun "İnter" - "Zirə" oyununda (1:1) qeydə alınan avtoqol mövsümdə 4-cü olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mövsümün avtoqollarına braziliyalılar imza atıb. "Neftçi"nin müdafiəçisi Jairo Rodriges "Qarabağ"la iki, "Qəbələ" ilə bir oyunda xətaya yol verməklə ümumilikdə 3 dəfə avtoqol müəllifi olmuşdu. Əvvəlki çempionatlarda "sambaçılar"ın daha 7 avtoqola məyus olduğunu nəzərə alsaq, bu ölkədən olan legionerlər 11 dəfə öz qapısına qol vurub.

Elə Denis də əvvəlki 7 avtoqoldan birinin müəllifi olub. O, 2010-cu il dekabrın 11-də "Neftçi"nin heyətində çıxış edərkən "Bakı" ilə görüşdə öz qapısına qol vurub. 2261 gündən sonra eyni xətaya yol verən müdafiəçi 1-dən çox avtoqol edən 21-ci futbolçu olub. Onlardan 4-nün hərəyə üç, 17-nin isə hərəyə 2 belə qolu var.

Ümumilikdə isə Azərbaycan çempionatları tarixində 162 avtoqol qeydə alınıb. Paytaxt derbisindəki avtoqol "İnter" üzvlərinin 8-ci uğursuzluğu olubsa, "Zirə" 3-cü dəfə rəqib qoluna sevinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.