İdman

Aleksis Sançezə iki klub ciddi maraq göstərir

13 Fevral 2017 23:57
0 Şərh     Baxış: 2 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal"ın hücumçusu Aleksis Sançez bir sıra klubların maraq dairəsinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Yuventus" və PSG çilili forvardı ələ keçirmək üçün xüsusilə canfəşanlıq edəcək. Aleksisin cari müqaviləsi 2018-ci ildə başa çatmalıdır. O, "topçular"ın yeni müqavilə təklifini artıq rədd edib. Sançez komandanın ən ödənişli futbolçusu olan Mesut Özilin aldığı qədər məvacib tələb edir. "Yuventus" daha əvvəl Miralem Pyaniçlə Aleksisi dəyişdirmək istəsə də, rədd cavabı almışdı.

Çilili futbolçu 2014-cü ildə "Barselona"dan London klubuna keçmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.