İdman

""Mançester Yunayted" kiçik klubdur"

8 Fevral 2017 22:43
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun hücumçusu Antuan Qrizmannın yayda "Mançester Yunayted"ə keçəcəyi barədə söz-söhbət səngimək bilmir. Bir müddət öncə fransalı forvardın "qırmızı şeytanlar"da forma seçimi etdiyi də iddia olunurdu. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Atletiko"nun baş məşqçisi Enrike Sereso bu barədə sualı cavablandırarkən maraqlı ifadə ilə yadda qalıb.

"Mançester Yunayted"? Onlar kiçik klubdur. Mən imzalanan müqavilələrə inanıram. Bu, həm Simeone, həm də Qrizmanna aiddir. Mən Aqueronu axmaq adlandırmışdım, amma belə deyil. Serxio futbol tarixində ən yaxşı futbolçulardan biridir. Sadəcə onun "Atletiko"dan getmək qərarını axmaq hesab etmişdim. Aquero əla futbolçu və yaxşı dostdur. Ona uğurlar arzu edirəm" - Sereso qeyd edib.

Xatırladaq ki, Sereso bu açıqlamasından saatlar öncə argentinalı forvard haqqında "bir qəhrəman kimi gəldi, axra qapıdan qaçdı. Axmaq kimi davrandı" - demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.