İdman

"Bəli, qolsuzluq məni özümdən çıxarır"

8 Fevral 2017 08:38
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barcelona"nın hücumçusu Neymar cari mövsümdə əvvəlki ilə nisbətən qeyri-məhsuldar çıxışına münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz bunları deyib:

"Hücumçu fərqlənə bilməyəndə ona ağır olur. Çünki ondan gözləntilər böyükdür. Bəli, qolsuzluq məni özümdən çıxarır. Amma ən əsas istəyim bu deyil. Qolu mən, yaxud komanda yoldaşlarımın vurmasından asılı olmayaraq oyunları qələbə ilə başa vurmağa diqqətimi cəmləşdirirəm. Yalnız qalib gələndən sonra şəxsi statistikam və "tilsimim" barədə düşünə bilərəm. Eyni zamanda bu, mənə ciddi narahatçılıq törətmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.