İdman

"Rəqibi belə üsullarla məğlub etməyin dövrü keçib"

5 Fevral 2017 15:36
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Manchester United"in baş məşqçisi Joze Mourinyo İngiltərə və Almaniyadakı transfer bazarını müqayisə edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis son illər Bundesliqanın dəyişməz çempionu "Bayern Munich"in transfer siyasəti ilə rəqiblərini zəiflətdiyini qeyd edib.

"İngiltərə futbolunda yeni dövr başlayıb. Bura Almaniya deyil. Orada "Bavariya" hələ mövsüm başlamamışdan çempion olur. Onlar vaxtaşırı "Borussia Dortmund"un yaxşı oyunçularını transfer edirlər. Bir dəfə Robert Levandovski, 1 il sonra Mario Götze, sonra Mats Hummels. Buna görə çempionluq titulunun taleyi hələ yayda həll olunur. Necə düşünürsüz, "Tottenham"in ən güclü iki futbolçusunu ala bilərəm? Yox. Eyni zamanda "Chelsea" və "Arsenal"dan da ən yaxşıları transfer edə bilmərəm. Əsas rəqibi belə üsullarla məğlub etməyin dövrü keçib. Onlara lazım olmayan futbolçuları transfer etmək olar. Amma transferlərlə rəqibə zərər vermək düzgün deyil. Əlbəttə, "Real", "Barcelona" və PSG ancaq istədikləri futbolçuları satırlar. Hazırda uğurlu transfer fəaliyyəti həyata keçirmək çox çətindir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.