İdman

Hakim səhvləri "Real"ı irəli, "Barselona"nı geri atıb

24 Yanvar 2017 18:11
2 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mundo Deportivo" nəşri İspaniya La Liqasının 1-ci dövrəsində "Real Madrid" və "Barselona"nın iştirakı ilə oyunları araşdırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində turnir cədvəlinin lideri "Real"ın hakim səhvlərindən 8 xal artıq topladığı məlum olub. "Barselona" isə, əksinə 4 xal itirib. İdman nəşri misal kimi "Real" - "Selta Vigo" (27 avqust, 2:1) matçını göstərib. Bu oyunda diqqət Moratanın ofsayddan fərqləndiyi qola yönəldilib. Analoji misal "Malaga" - "Real" qarşılaşmasıdır (21 yanvar, 1:2). Burada isə Ramosun oyundan kənar vəziyyətdən fərqləndiyi iddia edilir. Hakim səhvləri Madrid klubunun "Espanyol" (2:0) və "Deportivo" (3:2) oyunlarına da aiddir.

Nəticəyə təsir edən hakim səhvləri "Barselona"nın 8 oyununda qeydə alınıb. "Selta" ilə oyunda (3:4) Neymara qarşı kobudluğa penalti verilməməsi, yanlış ofsayd qərarına görə Pikenin "Malaga"nın (0:0) qapısına vurduğu qolun hesaba alınmaması, "Villarreal"la matçda katalonların xeyrinə 2 penaltinin təyin olunmaması əsas hakim səhvləri kimi göstərilir. "Mundo Deportivo" "Real Sosyedad" - "Barselona" matçında (1:1) baskların hesaba alınmayan təmiz qolunun qonaqlara 1 xal qazandırmasını da diqqətə çatdırıb.

Primeranın 19 turundan sonra "Real" turnir cədvəlində "Barselona"nı 2 xal qabaqlayır. "Kral klubu"nun ehtiyatda 1 oyunu da var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.