İdman

"Bursaspor" Prosineçkiyə daha çox pul təklif edib

24 Yanvar 2017 14:40
1 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin xidmətində maraqlı olan "Bursaspor" klubunun ona illik nə qədər məvacib təklif etdiyi açıqlanmayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla belə, xorvatiyalı çalışdırıcı Bursaya köçsə, ölkəmizdəkindən çox qazanacaq.

Belə ki, Türkiyə və Serbiya mətbuatında yer alan xəbərlərə əsasən, Superliqa təmsilçisi Prosineçkiyə millimizdə qazandığı məbləğdən qat-qat artıq pul təklif edib. Hazırda davam edən danışıqların necə nəticələnəcəyi maraqla gözlənilir.
 
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisində xorvatiyalı köməkçiləri ilə birlikdə ilinə 1,2 milyon avro qazanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.