İdman

Yığmamızın yeni velosipedçisi: "Əlimdən gələni edəcəyəm"

24 Yanvar 2017 20:15
0 Şərh     Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan vətəndaşlığına keçmək mənim üçün böyük şərəfdir".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu "Synergy Baku" kontinental velosiped komandasının üzvü Kirill Pozdnyakov syclingnews-a açıqlamasında bildirib.

27 yaşlı idmançı bildirib ki, vətəndaşlığını dəyişdikdən sonra Azərbaycan millisinin üzvü kimi qatılacağı yarışları səbirsizliklə gözləyir: "Hazırda Azərbaycan adına reytinq xalları əldə etmək üçün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) keçirdiyi yarışların intizarındayam. Azərbaycan xalqına minnətdarlıq əlaməti kimi əlimdən gələni edəcəyəm".

Komandada yaxşı velosipedçilərin olduğunu vurğulayan rusiyalı legioner onlara qoşulduqdan sonra heyətin daha da güclənəcəyini və uğurla çıxış etməyə çalışacaqlarını söyləyib.

Pozdnyakovun milliləşdirilməsindən sonra "Synergy Baku"nun heyətində əcnəbi ölkənin cəmi bir vətəndaşı olacaq. Bu, xorvatiyalı Yosip Rumasdır. Digər velosipedçilər isə Maksim Averin, Elçin Əsədov, Elgün Əlizadə, Ənvər Asanov, Kənan Qəhrəmanlı, İsmayıl İlyasov və Samir Cəbrayılovdur. Yeganə yeni ehtiyat velosipedçi Musa Mikayılzadədir. Bu heyət 3 - 7 mayda "Tour d Azerbaidjan" veloyürüşünə qatılacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ötən illər ərzində əcnəbi idmançıların gördükləri işləri yüksək qiymətləndirdiklərini, amma artıq yerli atletlərə köklənməyin zamanı gəldiyini bildirib: Gənc velosipedçilərimizin çıxışları bizə böyük ümidlər verir. Podnyakov da artıq azərbaycanlıdır. O və digər veteran atletlərimiz bizə uğurlar, gənclərə isə böyük gələcək bəxş edəcəklər". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.