İdman

"Mükafatı Ronaldunun almasını qananuyğun nəticə kimi görürəm"

24 Yanvar 2017 19:20
3 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbolun canlı əfsanəsi Diyeqo Maradona Kriştianu Ronaldunun FİFA tərəfindən 2016-cı ilin ən yaxşı futbolçusu üçün təqdim olunan "The Best" mükafatına sahib çıxmasını ədalətli hesab edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 1986-cı ilin dünya çempionu "Barselona" futbolçularının mərasimdə iştirak etməməsinə yenə toxunub.

"Mükafatı Ronaldonun almasını qananuyğun nəticə kimi görürəm. Amma Messi və Neymar mərasimdə iştirak etsəydi, daha məqsədəuyğun olardı" - Maradona deyib.

Qeyd edək ki, "The Best" mükafatına namizədlər arasında Ronaldu 34.4, Messi 26.42, Qrizmann isə 7.53 % səs toplamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.