İdman

"Prosineçki etikadan uzaq hərəkət edib"

24 Yanvar 2017 12:19
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bursaspor"un Robert Prosineçki ilə maraqlanması xəbərini bu gün mətbuatdan öyrəndim. Açığı, klubun bu məşqçidə israrlı davranması məni təəccübləndirir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında "Turan"ın sabiq baş məşqçisi Naci Şensoy deyib.

Türkiyəli mütəxəssis "Bursaspor"un Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıq aparmasına münasibət bildirib. Şensoy bu addımın etikadan uzaq olduğunu düşünür.
 
Təcrübəli məşqçi bu məsələyə görə həm "Bursaspor" klubunu, həm də Prosineçkini qınayıb: "Əvvəla, Azərbaycan millisi ilə müqaviləsi qüvvədə olan bir məşqçi ilə maraqlanmaq "Bursaspor" rəhbərliyinin yanlış yolda olduğunu göstərir. İkincisi, heç kim durduğu yerdə hansısa mütəxəssislə maraqlanmaz. Əgər Prosineçki də onlara keçidlə bağlı bir siqnal veribsə, çox yanlış və idman etikasından uzaq hərəkət edib".
 
Şensoy xorvatiyalı mütəxəssisin elə də ciddi uğurunun olmadığını vurğulayıb: "O qədər məşqçi olduğu bir vaxtda klubun bu mütəxəssisdə israrlı olması çox qəribədir. Çünki Prosineçkinin Türkiyədə daha əvvəl çalışdığı dönəmdə əllə tutulacaq konkret bir uğuru da olmayıb. Ancaq etiraf etmək lazımdır ki, Azərbaycan millisinin son illər qazandığı uğurlu nəticələrdə onun payı böyükdür. Yəni, bu baxımdan Prosineçkinin haqqını vermək lazımdır".
 
Qeyd edək ki, Naci Şensoy 2002/03, 2004/05 mövsümlərində və 2012-ci ildə ölkəmizdə "Turan" klubunu çalışdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.