İdman

Vengerə ağır cəza verilə bilər

23 Yanvar 2017 14:32
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal"ın baş məşqçisi Arsen Venger ağır cəza verilə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 22-ci turunda "Bernli" ilə oyunun 90+3-cü dəqiqəsində fransalı mütəxəssis futbolçusu Qranit Xakaya qırmızı vərəqə verilməsinə və qapılarına penalti təyin edilməsinə sərt şəkildə etiraz edib. Bundan sonra görüşün baş hakimi Con Moss Vengeri tribunaya göndərib.

Ancaq A.Venger görüşün qalan dəqiqələrini tunelin girişində izləyib və ondan tribunaya getməsini tələb edən 4-cü hakimi itələyib.

İngiltərə mətbuatı fransalı mütəxəssisə bu hərəkətinə görə, ən azı 2 oyunluq cəza veriləcəyini yazıb.

Oyundan sonra A.Venger etdiyi hərəkətə görə peşman olduğunu bildirib.

Qeyd edək ki, "Arsenal" - "Bernli" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.