İdman

Afrika Millətlər Kuboku Azərbaycan yığmasını irəli saldı

23 Yanvar 2017 14:24
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika Millətlər Kubokunun arxada qalan oyunları yığmaların FİFA reytinqinə də təsir edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionatın arxada qalan hissəsindəki görüşlər Azərbaycan millisinin də mövqeyinə təsirsiz ötüşməyəcək.

Son reytinq siyahısında ölkəmizlə şərik olan Toqo artıq komandamızdan geri düşüb. Yığmamızla eyni - 386 xala malik afrikalılar Konqo (0:0) və Mərakeşlə (1:3) matçlarda 15 xal itirib.
 
Millimiz təkcə toqoluları arxada qoymaqla kifayətlənməyəcək. Belə ki, qitə çempionatına vəsiqə qazana bilməyən Zambiya və Liviya da artıq yığmamızdan geridə olacaq. Sonuncuların xal hesabı 390-dan 366-ya, zambiyalılarınkı isə 395-dən 368-ə qədər azalacaq.

FİFA növbəti reytinq siyahısını fevralın 9-da açıqlayacaq. Həmin cədvəldə Qabonda təşkil olunan Afrika Millətlər Kuboku ilə yanaşı, digər konfederasiyaları təmsil edən yığmaların da nəticələri əksini tapacaq. Azərbaycan millisi son 3 ildə olduğu kimi, bu dəfə də hesabat dövründə heç bir matça çıxmayacaq. Amma 2013-cü il yanvarın 12-dən fevralın 9-dək olan müddətdə keçirilən yoxlama matçlarının nəticələri hesabımıza təsir edəcək. Bu 2 xal qazanmağımıza səbəb olacaq.

Qeyd edək ki, yanvar reytinqində 386 xala malik millimizin hesabında gələn ay 388 xal olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.