İdman

FIG texniki direktoru: "Bakı Qitələrarası hakimlik kurslarının təşkilatçılığının öhdəsindən uğurla gəldi" - FOTO

23 Yanvar 2017 13:32
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Qitələrarası hakimlik kurslarının təşkilatçılığının öhdəsindən uğurla gəldi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu FIG-n texniki direktoru və bədii gimnastika üzrə texniki komitənin rəhbəri Natalya Kuzmina deyib.

Onun sözlərinə görə, kursların təşkili yüksək səviyyədə idi.

N.Kuzmina deyib: "Bakı kursların təşkilinin öhdəsindən layiqincə gəldi. Görülən iş tərifə layiqdir. Kurslar yüksək səviyyədə təşkil olunmuşdu. Mən buna görə FIG adından Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov başda olmaqla, bütün təşkilat komitəsinə, eləcə də Federasiya rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim".

Kursların yekunundan və əhəmiyyətindən danışan N.Kuzmina hakimlik imtahanlarının nəticələrinin yaxın günlərdə məlum olacağını deyib:

"Üç gün yarım ərzində hakimlər mühazirə kursları keçib və yarışların qaydalarını öyrənib, şənbə günü isə imtahan keçirilib. Bu, hakimlərin yeni qaydalar üzrə qiymətləndirmə keçirə bilməsi üçün vacib imtahandır. Bu imtahan əsasında hakimlər bir olimpiya müddəti - dörd il üçün lisenziya alacaq. Nəticələr hələlik məlum deyil. Bir neçə gün ərzində texniki komitə və FIG rəhbərliyi nəticələri hesablayacaq və hansı hakimin normativləri yerinə yetirdiyini və hansı kateqoriyanı aldığını müəyyən edəcək".

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Qitələrarası hakimlik kursları yanvarın 17-dən 21-dək Bakıda keçirilib. Bu kurslar Olimpiya siklində bir dəfə keçirilir və hakimlərə ən yüksək - birinci hakimlik kateqoriyasını əldə etməyə imkan verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.