İdman

Kamran Ağayevə: "Səni küçədə tutsam, qaşıqla gözünü çıxaracam"

23 Yanvar 2017 12:57
4 Şərh     Baxış: 3 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin "Boavişta"dakı çıxışı birmənalı qarşılanmır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qolkiperin Tvitter hesabına yazılan rəylərdən belə qənaətə gəlmək olar.

Ağayevin sosial şəbəkədəki səhifəsinə həm azərbaycanlı, həm də portuqaliyalı azarkeşlər öz ürək sözlərini yazıblar. Azərbaycanlılar həmyerlimizin ünvanına xoş sözlər söyləyib, xüsusən də zədəli olduğu vaxtda ona dəstək olduqlarını göstəriblər. Ağayev zədədən əziyyət çəkdiyi dönəmdə ona "tez sağal", "yaxşısanmı, Kamran?" yazaraq, narahatlığını dilə gətirənlər də olub. "Neftçi" azarkeşi olduğunu bildirən "azəri balası" profilli həmyerlimiz isə "Darıxırsan orda?" yazaraq, vətənə dönmək arzusunda olan milli üzvünə söz atıb.
 
"Boavişta" isə rəsmi Tvitter hesabı vasitəsilə Kamrana dəstək nümayiş etdirib: "Ən böyük müdafiəçimiz qapıçı Kamran Ağayevdi". Ancaq portuqaliyalıların heç də hamısı yığmamızın qolkiperi barədə müsbət fikirləşmir.
 
Azarkeşlərin zədəli olduğu dönəmdən bəri Ağayevin Tvitter səhifəsində yazdıqları ən maraqlı şərhləri sizə təqdim edirik...
 
- Loureno Libeyro: Kral sənsən! Ağayevdən başqası yoxdu.
- Loiro Verdadeyro: Səni küçədə tutsam, gözünü qaşıqla çıxaracam.
- Lopes Duarte: Çiyin zədəsindən sonra yaxşı oldunuz? Məgər bu zədə sizin əlil olmağınız qədər ciddi deyildi ki?
- Finambre: Psixoloji xəstə.
- Dioqo dos Vieyra: Siz mənim komandama xidmət edəcək səviyyədə deyilsiniz. Gücləndirdiyiniz üçün sağ olun, amma sizdə futbolçu keyfiyyəti çatmır.
- Bernardo Veyqa: Uğurlar, dostum, tezliklə zədəni sağaldacağına ümid edirik.
- Karvalyo: Siz elə bilirsiniz ki, öz sürünüzün ortasındasınız?
- Elmin Xəlilzadə: Etmə, Kamran. Bu nə haldı, nə oldu, nə vaxt oldu?
- Əhməd: Özünü orda qoru, qaqa.
- Orxan Rzayev: Rəis, elə bil gecikmisən bir az.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.