İdman

Reynaldo üçün daha bir təklif

19 Yanvar 2017 12:36
0 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın futbolçusu Reynaldoya daha bir "elçi düşüb".

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  bu dəfə Birəşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu braziliyalını transfer etmək istəyib.

Bunun üçün ərəblər ağdamlılara hətta rəsmi təklif də göndəriblər. Belə ki, "Baniyas" rəhbərliyi "sambaçı"nı mövsümün sonuna qədər icarə əsasında heyətinə qatmaq istəyib.

Ancaq müzakirələr çox çəkdiyindən sonda "Baniyas" Reynaldonun xidmətindən imtina edib. Məsələ burasındadır ki, Birləşmiş Ərəb Əmirliklərində "transfer pəncərəsi" bu gün bağlanır. Bu səbəbdən ərəblər Reynaldonun əvəzinə başqa bir hücumçunun keçidini rəsmiləşdiriblər.

Məlumatı saytımıza açıqlamasında Reynaldo üçün "Baniyas"dan təklif gətirən FIFA agenti Çinar Məmməd də təsdiqləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.