İdman

25 yaşında karyerasını başa vurdu

18 Yanvar 2017 23:48
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lyon"un 25 yaşlı yarımmüdafiəçisi Qeida Fofana karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu bunu topuğun xroniki zədəsi ilə əlaqələndirib. O, klubun heyətində son matçını 23 may 2015-ci ildə "Rennes"ə keçirmişdi. Bundan sonra uzun müddət reablitasiya keçən gənc futbolçu "Lyon"un rəsmi saytına bunları deyib:

"Mümkün olan hər şeyi etdim. Təəssüf ki, topuğumun durumu futbol oynamağa imkan vermir. Klub prezidenti ilə görüşdüm. O, mənə burda qalmağı təklif etdi. Futboldan kənar başqa təkliflərim də var. Fəaliyyətimi "Lyon"da davam etdirmək variantını da nəzərdən keçirəcəm. Son qərarım özünü çox gözlətməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.