İdman

Azərbaycan Estoniyaya belə qalib gəldi - VİDEO

18 Yanvar 2017 09:43
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi dünən növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız 9-12-ci yerlər uğrunda matçda Estoniya ilə üz-üzə gəlib.

Qrupda keçirdiyi 3 oyunun 2-də məğlub olan Təbriz Həsənovun yetirmələri 9-16-cı yerlər uğrunda görüşdə isə İran millisinə qalib gəlmişdi. Estoniya üzərində də qələbə qazanan yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanıb.

Matçda hesab erkən açılıb. Pilağa Mehdiyev 4-cü dəqiqədə uzaqdan zərbə ilə baxımlı qola imza atıb. İlk hissənin sonuna az qalmış Doğukan fərqi iki topa çatdırıb. Görüşdə son nöqtəni isə İbrahim Əliyev qoyub - 3:0.

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

9-12-ci yerlər uğrunda oyun

17 yanvar

Azərbaycan - Estoniya - 3:0

Qollar: Pilağa Mehdiyev, 4, Doğukan Öksüz, 42, İbrahim Əliyev, 87

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Rijat Qarayev, 17. Murad Qayalı, 13. Həsənov Yusif, 14. Hüseyn Seyliğli, 8. Süleyman Əhmədov, 11. Barış Ekincier, 6. İbrahim Qədirzadə, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev, 9. Doğukan Öksüz

Ehtiyat oyunçular: 1. Murad Popov, 5. Rəhman Daşdəmirov, 2. Mətin Gülər, 4. İsmayıl Karakaş, 20. Bahadur Həziyev, 18. Rəfael Məhərrəmli, 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıqov, 19. İbrahim Əliev

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

V.Qranatkin turniri: Estoniya - Azərbaycan 0:3

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.