İdman

“Mercedes AMG” Bottasla anlaşdı - FOTO

17 Yanvar 2017 21:34
0 Şərh     Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula-1 üzrə "Mercedes AMG" komandası məşhur pilot Valteri Bottas ilə müqavilə imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, V.Bottas yeni mövsümdən Luis Hamiltonun komanda yoldaşı olacaq.

Ötən mövsümü çempion kimi başa vuran Niko Rosberq karyerasını başa vurması ilə "Mercedes AMG" yeni pilot axtarışına çıxmışdı.

Fernando Alonso, Niko Hulkenberq və Paskal Verlaynın "Mercedes AMG" ilə danışıqlar apardığı bildirilsə də, komanda seçiminin V.Bottas olduğunu açıqlamışdı.

2013-cü ildən "Williams" komandasında çıxış etmiş V.Bottas podiumda 9 dəfə yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.