İdman

“Barselona” və “Atletiko”nun Kosta mübarizəsi

17 Yanvar 2017 14:53
0 Şərh     Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin baş məşqçisi Antonio Konte ilə münasibəti korlanan Dieqo Kosta İspaniyaya qayıda bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Braziliya əsilli futbolçu ilə 2 klub yaxından maraqlanır.

Söhbət "Barselona" və "Atletiko"dan gedir. Madrid təmsilçisi sabiq hücumçusunu heyətinə qatmaqda maraqlıdır. Öz növbəsində "Barselona" da Kostanı transfer etmək istəyindədir. "Çelsi" rəhbərliyi isə hələ ki, bu təkliflərə cavab verməyib.
 
Kostanın adı bir müddət öncə Çin klubları ilə birgə hallanırdı.
 
Qeyd edək ki, 2014-cü ildən "Çelsi"də çıxış edən Kosta "zadəganlar"ın heyətində 99 oyunda 51 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.