İdman

"Beşiktaş"ın futbolçusu Şeydayevə komanda yoldaşı oldu

12 Yanvar 2017 14:32
0 Şərh     Baxış: 735

Azərbaycan yığmasının üzvü Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor" klubu növbəti transferini rəsmiləşdirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "bordo-mavililər" "Beşiktaş"ın yarımmüdafiəçisi Olcay Şahanla anlaşıblar.

"Trabzonspor" Şahanla 2,5+1 illik müqavilə bağlayıb. 29 yaşlı futbolçu "Beşiktaş"dan almalı olduğu puldan imtina etdiyi üçün klub onun Qaradəniz təmsilçisinə azad agent kimi keçməsinə icazə verib. Olcay "Trabzonspor"da bonuslar daxil edilməmək şərtilə, ilə 1,3 milyon avro nəğd pul alacaq.
 
Qeyd edək ki, karyerası ərzində Almaniyanın "Duysburq" və "Kayzerslautern" klublarının da formasını geyinmiş Olcay Şahan 2012-ci ildən "Beşiktaş"da çıxış edirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.