İdman

Azərbaycan millisinin baş məşqçisi Bakıda dondurma satdıracaq

10 Yanvar 2017 22:37
0 Şərh     Baxış: 2 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiyada istehsal olunan "Ledo King" dondurmalarının rəsmi təmsilçisi olub.

Milli.Az "Report"a istinadən bildirir ki,bununla əlaqədar Zaqrebdə xorvatiyalı mütəxəssislə şirkətin marketinq və inkişaf üzrə direktoru Ana Ştebiç arasında əməkdaşlıq müqaviləsi bağlanılıb.

A.Stebiç bildirib ki, "Ledo" 5 ildir Azərbaycan bazarındadır və Prosineçkinin də sevdiyi dondurmalardandır. O, əfsanəvi futbolçu ilə əməkdaşlıqdan məmnunluq ifadə edib və inandığını bildirib ki, məşhur mütəxəssisin beynəlxalq uğurları bu brendin Azərbaycanda gələcək inkişafına töhfəsini verəcək.

Qeyd edək ki, "Ledo" dondurmaları Azərbaycandan əlavə Bosniya və Herseqovina, Macarıstan, Sloveniya, Norveç, ABŞ, BƏƏ və Liviya kimi ölkələrə göndərilir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.