İdman

9 pəhləvanımız yunan-Roma güləşçilərinin REYTİNQİNDƏ

9 Yanvar 2017 19:20
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Milli.Az bildirir ki, Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.

Onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.

59 kq

6. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)

66 kq

3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)
18. Kamran Məmmədov - Hərbçilərin DÇ 2-ci yer (nr)

71 kq

3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (66 kq)

75 kq

8. Elvin Mürsəliyev - Qızıl Qran Pri 2-ci yer (8)

80 kq

7. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (4)

85 kq

8. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (12)
12. Saman Təhmasibi - Dünya çempionatı (2015) 3-cü yer (5)

130 kq

4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.