İdman

"O, futbol tarixinin ən zəif məşqçisidir"

7 Yanvar 2017 16:04
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Valensiya"nın sabiq prezidenti Pako Royq maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatına danışan Royq "yarasalar"ın sabiq çalışdırıcısı Hari Nevill barədə fikirlərini bildirib.

O, Nevilli futbol tarixinin ən zəif məşqçisi adlandırıb: "Nevill kimi diletantı komandaya gətirdik. Amma nəticəsi çox pis oldu. O, ən zəif məşqçidi. Nevilldə xüsusi bir şey görmədim".
 
Qeyd edək ki, Hari Nevill 2015-ci ilin dekabrında "Valensiya"nın baş məşqçisi təyin olunsa da, növbəti ilin martında istefaya göndərilmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.