İdman

Mariya Stadnik ikincidir

6 Yanvar 2017 14:35
1 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.  

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Onlardan 3-nün adı onluğa daxil edilib. 

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir. 

48 kq

2. Mariya Stadnik - Olimpiya Oyunları 2-ci yer (2)

53 kq 

4. Nataliya Sinişin - Olimpiya Oyunları 3-cü yer (4)
18. Anjela Doroqan - Qızıl Qran Pri 3-cü yer (18)

55 kq 

18. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (16)

58 kq

6. Yuliya Ratkeviç - Olimpiya Oyunları 5-ci yer (6)

60 kq 

11. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (3)

69 kq 

14. Elis Manolova - U-23 AÇ 3-cü yer (nr)

Qeyd:

İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.