İdman

İngiltərədə başla oynamaq qadağan ediləcək

31 Dekabr 2016 14:40
0 Şərh     Baxış: 1 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Professional Futbolçular Birliyi topla başla zərbə endirməyə qadağa qoyub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, söhbət 10 yaşından aşağı uşaqların başla oynamasından gedir. Aparılan araşdırma nəticəsində erkən yaşlarda bunun yaddaş itirilməsinə yol açdığı məlum olub. ABŞ-da 12 yaşdan aşağı uşaqların məşq və oyunlarında başla topa zərbə endirilməsini 2016-cı il yanvarın 1-dən qadağan edib.

Stirlinq Universitetinin araşdırma nəticələrinə görə sürətlə gələn hava ötürmələrinə 20 dəfə toxunmaq sonrakı 24 saatda yaddaşı 41-67% azaldır. İngilis mətbuatı bəzi futbolçuların karyerasını başa vurduqdan sonra beyin funksiylarının pozulmasını da bu səbəblə əlaqələndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.