İdman

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi özünə yeni klub tapdı

7 Dekabr 2016 14:50
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı yenidən Belçikada işləyəcək. 54 yaşlı Rednik "Mouscron" klubunun yeni baş məşqçisi təyin olunub.

Daha əvvəl Belçikada "Standart" və "Genk" kimi komandaları çalışdıran mütəxəssis "Mouscron"la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, rumıniyalı çalışdırıcı 2010/11-ci illərdə "Xəzər Lənkəran"ın "sükanı arxasında" olub. O, cənub klubuna rəhbərlik etdiyi dönəmdə Azərbaycan Kubokunu və Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.