İdman

Zidan: "Nəticənin ədalətli olduğunu düşünmürəm"

4 Dekabr 2016 11:31
4 Şərh     Baxış: 2 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in baş məşqçsi Zinəddin Zidan "El Clasico"dan (1:1) sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis bunları deyib:

"Bu nəticə bizim üçün qələbə kimi deyil. Qazancımız 1 xal oldu. Düzdür, yaxşı nəticə qazandığımız üçün sevinirik. Bu, "Barcelona"nın mənəvi ruhuna zərbə sayılmalı deyil. 6 xallıq fərq qalır. Amma mövsüm uzundur, irəlidə çox oyun var. Birinci hissədə qol vursaydıq, nəticə fərqli ola bilərdi. "Barcelona"nın birinci fərqlənməsi işimizi çətinləşdirdi. Nəticənin ədalətli olduğunu düşünmürəm. Ramosun qolu? Onun güclü xarakteri var, Serxio heç vaxt təslim olmur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.