İdman

Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə

1 Dekabr 2016 19:39
1 Şərh     Baxış: 598

Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin qarşılaşmaları keçiriləcək. İki gün davam edəcək mərhələdə 8 matç baş tutacaq.

Milli.Az bildirir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edir. Dekabrın ilk həftəsində üz-üzə gələcək 8 cütdən yalnız ikisi əvvəllər də qarşılaşıb.

Azərbaycan kuboku

1/8 final

02 - 03 dekabr (cümə, şənbə)

3. "Turan Tovuz" - "Zirə" - indiyədək görüşməyiblər

4. "Neftçi" -"Şərurspor" - indiyədək görüşməyiblər

5. "Qarabağ" -  "Səbail" - indiyədək görüşməyiblər

6. MOİK - "Sumqayıt" - indiyədək görüşməyiblər

7. "İnter" - "Qaradağ Lökbatan"- indiyədək görüşməyiblər

8. "Şahdağ" - "Kəpəz" - 1 oyun, +0=0-1, top fərqi 0-3

6  il öncəyə təsadüf edən yeganə duel də Qusar təmsilçisinin meydanında keçirilib. Həmin vaxt böyükhesablı, quru qələbə qazanan qərblilər mərhələ adlayıb.

2010/11

1/16 final

Şahdağ (Qusar) - Gəncə

0:3

9. "Qəbələ" - "Zaqatala" - indiyədək görüşməyiblər

10. AZAL -  "Rəvan" - 1 oyun, +1=0-0, top fərqi 2-1

Paytaxt təmsilçiləri 6 il əvvəl də indiki kimi 1/8 finalda görüşüblər. Həmin vaxt səfərdə oynayan AZAL qələbə qazanıb.

2010/11

1/8 final

Rəvan  (Bakı) - AZAL  (Bakı) 

1:2

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tenqidci · 1 Dekabr 20:5210

    Azerbaycan futbolu haqqinda ewidenda adami aqlamaq tutur....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.