İdman

"Riberi Van Qaalın dövründə komandanı tərk edəcəkdi"

1 Dekabr 2016 15:29
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın eks-müdafiəçisi Daniel van Buyten fransalı Frank Riberinin vaxtilə klubdan ayrılmaq üzrə olduğunu qeyd edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Van Buyten buna klub prezidentinin mane olduğunu vurğulayıb.

"Bavariya"nın məşqçisi Van Qaal olanda Riberi klubu tərk etməyə yaxın idi. Bir dəfə mənə Höness zəng vurdu, Riberinin ailəsi ilə birlikdə onlara gəlməyimizi istədi. Höness olmasaydı, Riberi Van Qaalın dövründə komandanı tərk edəcəkdi".

Van Qaal 2009-2011-ci illərdə "Bavariya"nın sükanı arxasında olub. Onun rəhbərliyi altında Münhen klubu bütün daxili titullara sahib çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.