İdman

"Ronaldu fərqlənə bilmədiyinə görə..."

28 Oktyabr 2016 21:18
0 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ronaldu "Qızıl top"a tam layiqdir. Təkcə fərdi baxımdan deyil, həm də kollektivə faydasına görə". Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan ulduz futbolçu haqqında suala cavab verərkən qeyd edib. Fransalı mütəxəsis onun qol kasadlığına da toxunub.

"O, bilir ki, nail olduğu uğurlar gərgin əmək və komanda yoldaşlarının işinin nəticəsidir. Ronaldu fərqlənə bilmədiyinə görə əsəbləşir, amma ciddi narahatlığa əsas yoxdur. O, hər dəfə qol vura bilməyəndə ajoitaj yaranır. Amma buna alışmalıdır".

"Qızıl top"un üçqat qalibi Ronaldu mükafata bu il də real namizəddir. O, "Real"la Çempionlar Liqası və UEFA Superkuboku, Portuqaliya millisi ilə Avropa çempionatının qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.