İdman

Azərbaycanlı hakimlərin PULLARI

28 Oktyabr 2016 15:38
1 Şərh     Baxış: 2 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasının matçlarına təyinat alan hakimlərimizin qazancı barədə az-çox eşitmisiniz. Məlumat üçün bildirək ki, AFFA yüksək dəstənin bir oyununa təyinat alan  şəxslərə aşağıdakı formada qonorar ödəyir:

Baş hakim: 700 (manat)
Köməkçi hakimlər: 400
Əlavə köməkçi hakimlər: 400
Ehtiyat hakim: 250
Hakim-inspektor: 300
AFFA nümayəndəsi: 300

2015/16 mövsümündə Premyer Liqa matçlarına ən çox təyinat alan referi Rəhim Həsənov olub. O, 25 görüşdə fit çalmaqla, illik 17.500 manat qazanıb. 

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı isə 2015-ci il ərzində 466.4 manat olub. İllik - 5592 manat. Bu isə o deməkdir ki, Rəhim Həsənovun illik qazancı muzdla çalışan işçilərin gəlirindən 3.12 dəfə çoxdur.

İndi sual yaranır: Topaz Premyer Liqasında fit çalan referilərə orta illik əmək haqqının 3 mislini ödəmək düzgündürmü?

Məsələyə aydınlıq gətirməyin tək yolu - müqayisə aparmaqdır. 

Milli.Az fanat.az-a istinadən "Böyük beşlik" ölkələrində yüksək dəstədə oyun idarə edən baş hakimlərin illik qazancını və həmin ölkələrdə orta illik əmək haqqının məbləğini diqqətinizə çatdırır.

Qeyd edək ki, muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ilə müqayisədə, ən çox La Liqa hakimləri qazanır - 7.65 dəfə çox. Ən az qazananlar isə fransızlardıR - 2.1 dəfə. Bu rəqəm İngiltərədə 2.98, Almaniyada 2.7,  İtaliyada isə 3.2 dəfə çox təşkil edir.
 
İngiltərə

"Böyük beşlik" ölkələrindən yalnız İngiltərə Premyer Liqasında fit çalan hakimlərin qonorarla yanaşı, əmək haqqının müəyyən edilmiş hissəsi var - illik 38.5 min funt-sterlinq. Həmçinin, referilər hər oyuna görə 1170 funt-sterlinq qonorar alırlar. Britaniyalı həmkarlarımızın hesablamalarına görə, ən uğurlu hakimlərdən olan Martin Atkinson illik 100 min qazanır.
Orta illik əmək haqqı: 33.517 funt-sterlinq.

İspaniya
İspaniyada referilər hər matça görə 6 min avro qonorar alırlar. Bu isə illik təxminən 216 min avro təşkil edir.
Orta illik əmək haqqı: 28.224 avro.

Almaniya
Bundesliqada oyun idarə edən hakimlər matçbaşı 3600 avro qazanırlar. Yəni, illik 129,6 min.
Orta illik əmək haqqı:  47,700 avro.

İtaliya
İtaliyada referilər hər oyuna görə 3400 avronu ciblərinə qoyurlar. İllik qazancları isə 122 min avro civarındadır.
Orta illik əmək haqqı: 37,848 avro. 

Fransa
Fransızların qazancı digərləri ilə müqayisədə azdır - hər oyuna görə 2751 avro. Yəni, illik 99 min avro.
Orta illik əmək haqqı: 45,972 avro.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.