İdman

"Qalatasaray" köçür

28 Oktyabr 2016 15:08
0 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu komandanın təlim-məşq bazası olan "Florya Mətin Oktay Təsisləri"ndən köçəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Fotomaç" klubun yeni bazasının ünvanının dəqiqləşdiyini yazıb.

"Sarı-qırmızılar" iki mövsüm ərzində Uskumruköy məntəqəsində məskunlaşacaqlar. Ərazi "Türk Telekom Arena"dan təxminən 23 km uzaqlıqda yerləşir.

Buraya köçdükdən sonra komandanın baş məşqçisi və legioner futbolçuları da uzaq məsafə səbəbindən hazırda yaşadıqları evlərdən çıxmalı olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.