İdman

Bu gün Dünya Cüdo Günüdür

28 Oktyabr 2016 15:17
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Cüdo Federasiyası (İJF) hər ilin 28 oktyabr tarixini Dünya Cüdo Günü kimi qeyd edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu günün qeyd olunmasına səbəb cüdonun banisi Ciqoro Kanonun (Jigoro Kano) oktyabrın 28-də dünyaya göz açmasıdır.

Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən İJF-ə 195 milli federasiya daxildir.

Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Olimpiya çempionu olublar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları beynəlxalq yarışlar, Avropa çempionatları, Avropa Oyunlarında da mükafatçılar sırasına düşüblər. Hazırda da xüsusən kişilərdən ibarət cüdo millisinin üzvləri mötəbər yarışlarda Azərbaycanı layiqincə təmsil edirlər. 

2016-cı ildə cüdoçular Olimpiya Oyunları, Avropa çempionatı, "Böyük Dəbilqə", "World Masters" və "Qran-Pri" kimi nüfuzlu yarışlarda medallar qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.