İdman

"İnter"in prezidenti istefasından danışdı

27 Oktyabr 2016 20:05
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"in istefa verən prezidenti Rəşad Qasımov qərarı ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, o, futbolinfo.az-a bunları deyib:

"Maliyyə menecmenti və insan resurslarının idarəediçiliyi baxımından böyük təcrübəm var. Yeni təsis edilmiş şirkətdə düzgün idarəçiliyə və maliyyə optimallaşdırılmasına ehtiyac yaranıb. Şirkətin fəaliyyətinin əsasən respublika hüdudlarından kənarda olduğuna görə, klubdan uzaqlaşmalı oldum. "İnter"ə gəlməyimin əsas məqsədi klubun maliyyə və infrastruktur problemlərinin aradan qaldırılması, sağlam və rəqabətli komandanın yenidən yaradılması, futbolun inkişafı və ən əsası, "İnter" klubunun layiqli yerinə qaytarılması idi. Nəticə göz qabağındadı.

Klubun bütün işçilərinə və idmançılarına uğurlar arzulayıram. Əsəs heyətin məşqçilərinə və futbolçularına isə çempionluq və ölkə kuboku uğrunda apardıqları mübarizədə uğur qazanmalarını arzu edirəm. Bu heyət böyük potensiala malikdi və yüksək yerlərə layiqdi. "İnter" klubu həmişə ürəyimin bir parçası olub və belə də qalacaq. Klubdakı fəaliyyətimdə dəstək göstərənlərə, Azərbaycan Beynəlxalq Bankının, AFFA və PFL rəhbərliyinə, media nümayəndələrinə, Xüsusi Olimpiya Komitəsinə və yanımda olan bütün insanlara dərin təşəkkürümü bildirirəm. Allah hamınızdan razı olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.