İdman

Cavid Qurbanovdan yeni təyinatlar: 2 vitse-prezident və 2 klub prezidenti

25 Oktyabr 2016 14:00
0 Şərh     Baxış: 1 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan voleybolunda ciddi islahatlara start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Cavid Qurbanovun federasiya prezidenti seçilməsindən az sonra qurum rəhbərliyində də böyük dəyişikliklər gerçəkləşib.

Belə ki, federasiyanın I vitse-prezidenti Faiq Qarayev, həmçinin digər vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyev postunda qalsalar da, digər rəhbər postlara yeni adlar gətirilib.
 
İndiyədək 3 vitse-prezidenti olan qurumda artıq bu vəzifəni 5 nəfər icra edəcək. Yeni vitse-prezidentlər isə həm də "Azərreyl" və "Lokomotiv"ə rəhbərlik edəcək. "Azərreyl"in yeni prezidenti təyin olunan Elşən Əfəndiyev və "Lokomotiv"də eyni vəzifəyə sahib olan Rəşad Abbasov federasiyada da məsuliyyət daşıyacaqlar.
 
Federasiyanın baş katibi Elşən İsmayılov isə işinə davam edəcək. Bununla yanaşı, qurumda yeni idman şöbəsi yaradılıb. Buraya AFFA və "Neftçi" futbol klubunda çalışmış Elnur Məmmədov rəhbər təyin edilib.
 
Qeyd edək ki, Əfəndiyev "Azərreyl"də Hicran Vahabovu əvəzləyib. "Lokomotiv" isə ötən ilki "Gənclik"di ki, bu dəfə komanda həm kişi, həm də qadınların yarışında mübarizə aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.