İdman

"Mourinyonun işləri yaxşı getməyəndə müharibə etməyə çalışır"

25 Oktyabr 2016 19:05
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın sabiq kapitanı Xavi "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyo haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli havbek onun "ərköyün" davranışını ön plana çıxarıb.

"Bəzən Mourinyonun işləri yaxşı getməyəndə o, futbol oynamaqdansa, müharibə etməyə çalışır. Belə hallar Joze "Real"da işləyəndə baş verirdi. Ümid edirəm ki, İngiltərədə bu davranışlara rast gəlinməz".

Mourinyo 2010-13-cü illərdə "Real"ın sükanı arxasında olub. Bu müddətdə "Real" və "Barselona" arasında ciddi gərginlik hökm sürürdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.