İdman

Prosineçki Bakıda prezidentlə görüşdü

24 Oktyabr 2016 12:33
0 Şərh     Baxış: 1 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç ölkəmizdə səfərdədi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, xanım prezident Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə də görüşüb.

Üçgünlük səfər müddətində ölkəmizdə olan həmyerliləri ilə maraqlanan Qrabar-Kitaroviç Prosineçki ilə də görüşərək, onunla fikir mübadiləsi aparıb.
 
Qeyd edək ki, "Neftçi"nin qapıçısı Krşevan Santini də Qrabar-Kitaroviçlə görüşüb. O, həmin anı əks etdirən fotonu öz hesabında paylaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.