İdman

Avropa çempionatında 9-cu yer

24 Oktyabr 2016 12:35
0 Şərh     Baxış: 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.

Milli.Az xəbər verir ki, yarışda ölkəmiz bir idmançı ilə - keyrin növündə mübarizə aparan Sergey Omelçenko ilə təmsil olunub.

32 idmançının iştirak etdiyi bu növdə Sergey Omelçenko 1-ci mərhələni uğurla dəf edib - o, Litva, Fransa, Hollandiya və Belarus təmsilçiləri ilə eyni xətdə yer alıb və hamını qabaqlamaqla qrup birincisi kimi birbaşa yarımfinala vəsiqə qazanıb.

Finala çıxmaqla medallar uğrunda mübarizə aparmaq üçün Sergey Omelçenkoya yarımfinal yürüşündə cəmi bir neçə sm çatmayıb. Polşa, İspaniya, Fransa, həmçinin Çexiyanın 2 idmançısı ilə mübarizənin yekununda ilk üçlükdən kənar qalan təmsilçimiz 4-cü olub və bununla da 7-12-ci yerlər uğrunda yarışmalı olub.

Son yürüşdə Böyük Britaniya və Çexiya idmançılarından geri qalan, amma İspaniya və Yunanıstanın 2 velosipedçisini qabaqlayan Omelçenko bununla da Avropa çempionatını 9-cu pillədə başa vurmaqla aktivinə 300 reytinq balı yazıb. Qeyd edək ki, reytinq xalları idmançımıza gələn ay başlayacaq və 4 mərhələdən ibarət olacaq Dünya Kuboku yarışlarında iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.