İdman

Gəncədə mərkəzi, Bakıda tarixi oyun

22 Oktyabr 2016 16:06
1 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 3 gün davam edəcək tura gələn həftə keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

İlk oyun günündə turun mərkəzi oyunu baş tutacaq. Turnir cədvəlinin ilk yarısında qərarlaşan "İnter"lə "Kəpəz" sonuncuların meydanında qarşılaşacaq. Cari mövsümdə uduzmayan bakılılar 2-ci pillədəki yerini qorumaq üçün qalib gəlməlidi. "Bankirlər"in xal itkisi "Qarabağ"ın onları keçməsi üçün imkan yaradacaq. Şahin Diniyevin yetirmələri isə 4-cü pilləni qorumaq, eyni zamanda liderlərə yaxınlaşmaq üçün turu itkisiz keçməlidi.
 
"Kəpəz"in xal itkisi daha çox "Zirə"nin işinə yaraya bilər. Ötən mövsümün gümüş mükafatçısı 4-cü sıranı ələ keçirmək üçün paytaxt derbisində qalib gəlməlidi. Adil Şükürovun yetirmələri çempionatın autsayderi AZAL-la görüşə favorit qismində çıxacaq. Qonaqlar isə mövsümdə ilk qələbəsini qazanmağa iddialıdı.
 
Avropa Liqasının qrup mərhələsindəki təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" turun son günündə meydana çıxacaq. Sonuncular səfərdə "Sumqayıt"ın qonağı olacaq. Bu rəqiblə matçlarda ciddi çətinlik çəkməyən Roman Qriqorçukun yetirmələrinin səfərdən itkisiz qayıdacağı gözləniləndi. 10 matçdı uduzmayan lider izləyiciləri ilə fərqin azalmaması üçün xal itirməməlidi. "Sumqayıt" isə lideri büdrətməklə xal hesabını artırmaq əzmindədi.
 
Tura "Neftçi" ilə"Qarabağ" arasında prinsipial və tarixi duellə yekun vurulacaq. Exan Abdullayevin yetirmələri autsayderlər qrupunu tərk etmək üçün son 3 ilin çempionunu xalsız qoymalıdılar. Tarixinin ən ağır dövrünü yaşayan "Neftçi" ardıcıl 2-ci məğlubiyyətini alsa, durumunu daha da pisləşdirəcək. "Qarabağ" isə "İnter"in büdrəməsini gözləyib, 2-ci pilləni ələ keçirmək üçün xal itirməməlidi. Qurban Qurbanovun yetirmələri uğursuz çıxış etsə, izləyiciləri ilə xal fərqi də azalmış olacaq.
 
Azərbaycan Premyer Liqası
IX tur
23 oktyabr (bazar)

14:30. "Kəpəz" - "İnter"
I dövrədəki oyun: 2:2
Gəncə şəhər stadionu

24 oktyabr (bazar ertəsi)

16:00. AZAL - "Zirə"
I dövrədəki oyun: 1:3
"AZAL Arena"

25 oktyabr (çərşənbə axşamı)

16:00. "Sumqayıt" - "Qəbələ"
I dövrədəki oyun: 0:2
Sumqayıt şəhər stadionu

19:00. "Neftçi" - "Qarabağ"
I dövrədəki oyun: 0:3
8-ci km qəsəbə stadionu

1

Qəbələ

8

6

2

0

20-1

20

2

İnter

8

4

4

0

13-8

16

3

Qarabağ

8

5

1

2

18-5

16

4

Kəpəz

8

2

4

2

7-8

10

5

Zirə

8

3

1

4

7-9

10

6

Sumqayıt

8

2

2

4

6-12

8

7

Neftçi

8

2

0

6

6-18

6

8

AZAL

8

0

2

6

3-19

2

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.